Deputat Novruz Aslanov seçiciləri qəbul edib

Deputat Novruz Aslanov seçiciləri qəbul edib
# 23 dekabr 2016 13:26 (UTC +04:00)

Milli Məclisin deputatı Novruz Aslanov dekabrın 23-də növbəti dəfə İsmayıllı rayonuna səfər edib. Deputatın qərargahından APA-ya verilən məlumata görə, davamlı şəkildə qəbullar keçirən millət vəkili bu dəfə də İsmayıllı şəhərində yerləşən qərargahında seçicilərini qəbul edib. Seçicilər Novruz Aslanova, onların problemləri ilə yaxından tanış olaraq həllinə köməklik göstərməsində səylərini davam etdirdiyinə görə təşəkkürlərini bildirib və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbriklərini çatdırıblar. Millət vəkili də seçicilərini təbrik edib, qəbula gələn sakinlərə bayram sovqatları paylanılıb.

Sakinləri narahat edən məsələlər barədə millət vəkilinə məlumatlar verilib. Xüsusilə şəxsi məişət problemləri deputatın diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR