Türkiyədə "Star" neft emalı zavoduna xidmət edəcək dəniz limanının inşasına start verilib - FOTOSESSİYA

Türkiyədə "Star" neft emalı zavoduna xidmət edəcək dəniz limanının inşasına start verilib - <span style="color: red;">FOTOSESSİYA
# 05 avqust 2015 06:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Türkiyədə inşası davam etdirilən "Star" neft emalı zavoduna xidmət edəcək dəniz limanının inşasına start verilib.

APA-Economics”in xəbərinə görə, bu məlumatı "SOCAR Turkey"in prezidenti Kənan Yavuz sosial mediada paylaşıb.

K.Yavuz bildirib ki, dəniz estakadalarının tikinti işləri 2017-ci ilin may ayında tamamlanacaq. Onun sözlərinə görə, Türkiyənin ən böyük strateji yatırımı olan zavodun inşası sürətlə davam edir: "Layihəmizə başladığımız gündən bu vaxta qədər 2 mlrd. dollar xərcləmişik. İstehsalata başlamağımıza 30 ay qalıb. Emal zavodunun böyük sayda Türkiyə şirkətləri və yerli işçi qüvvəsi tərəfindən inşa edilməsi bizə qürur verir".

Şirkət rəhbəri emal zavodunun tikintisində çalışan insanların sayının yaxın vaxtlarda 10 minə çatacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR