Həbsdə olan MTN generallarının məhkəməsi davam etdirilib - YENİLƏNİB

Həbsdə olan MTN generallarının məhkəməsi davam etdirilib - <span style="color: red;">YENİLƏNİB
# 23 noyabr 2017 14:53 (UTC +04:00)

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam edib.

Vəkil İlyas Kərimovun APA-ya verdiyi məlumata görə, qapalı keçirilən iclasda təqsirləndirilən şəxslərdən Natiq Alıyev və Zaur Məmmədov ifadə verib. Onlar ittihamları qəbul etmədiklərini, hər hansı cinayət törətmədiklərini deyiblər.

Prosesdə əlavə şahid qismində bir nəfər MTN əməkdaşı da dindirilib.

Proses noyabrın 28-də davam edəcək.

***

14:55

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

S. Qurbanovun vəkili İlkin Mustafanın APA-ya verdiyi xəbərə görə, proses qapalı şəkildə keçirilib. İclasda təqsirləndirilən şəxslərdən Natiq Alıyev ifadə verib. T. Quliyev sualları cavablandırıb.

Hazırda iclasda fasilə elan edilib.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə )v’ digər maddələri ilə ittihamlar irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR