İtkin düşdüyü bildirilən Xaçmaz sakininin intihar etdiyi açıqlanıb - YENİLƏNİB

İtkin düşdüyü bildirilən Xaçmaz sakininin intihar etdiyi açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 03 yanvar 2017 12:11 (UTC +04:00)

İtkin düşdüyü bildirilən 19 yaşlı Xaçmaz şəhər sakininin intihar etdiyi məlum olub.

APA-nın şimal bürosunun xəbərinə görə, dekabrın 30-da itkin düşən 1998-ci il təvəllüdlü Soltanov Zülfüqar Sübhan oğlunun meyiti meşə massivindən tapılıb.

Faktla bağlı araşdırmalar aparılır.

***

12.00

Xaçmaz şəhər sakini itkin düşüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Soltanov Zülfüqar Sübhan oğlu dekabr ayının 30-u 2016-cı il tarixdə evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxarkən əynində tünd qəhvəyi rəngli köynək, qara rəngdə şalvar və ayağında qara rəngli ayaqqabı olub.

Onun boyu 176 sm, qaraşın, qara qısa saçlı, şabalıdı gözlü, uzunsov sifət quruluşludur.

Həmin şəxs barədə məlumatı olanlardan Xaçmaz rayon Polis Şöbəsinə və (023) 325 -53 -56, (055) 578-79-55 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR