Nigeriyada terrorçu-kamikadze özünü partladıb, ölən var

Nigeriyada terrorçu-kamikadze özünü partladıb, ölən var
# 16 avqust 2015 02:25 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın Borno ştatında bazarda terrorçu-kamikadze özünü partladıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, nəticədə 4 nəfər ölüb.

İlkin məlumata görə, partlayışı törədənin əsas hədəfi hüquq-mühafizə orqanlarının əməkdaşları olub. İnsident bazarın girişində dayanan patrul avtomobilləri önündə qeydə alınlb .

Qeyd edək ki, bir neçə gün əvvəl Nigeriyanın Sabon Qari şəhərində bazarda törədilmiş partlayış nəticəsində 47 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR