Avropa Şurasının beynəlxalq məsləhətçisi Penitensiar Xidmətdə olub

Avropa Şurasının beynəlxalq məsləhətçisi Penitensiar Xidmətdə olub
# 17 iyul 2018 13:48 (UTC +04:00)

Avropa Şurasi ilə Avropa İttifaqının “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək” birgə layihəsi çərçivəsində Avropa Şurasının beynəlxalq məsləhətçisi Nikolo Françeskelli və yerli ekspert Elçin Rəşidov Penitensiar Xidmətin Baş idarəsində qəbul ediliblər.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Xidmətin rəis müavini, ədliyyə polkovniki Ağəli Xəlilov Azərbaycanın penitensiar sistemində aparılan islahatlara mötəbər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası tərəfindən göstərilən dəstəyə yüksək dəyər verildiyini vurğulayıb.

O, cəzaların icrası ilə bağlı beynəlxalq sahədə əməkdaşlığın Penitensiar xidmətin fəaliyyətində önəmli yer tutduğunu qeyd edib.

Qiymətləndirmə missiyasının üzvü, beynəlxalq ekspert Nikolo Françeskelli əməkdaşlığa və dəstəyə görə minnətdarlığını bildirərək, həyata keçirilən layihənin Azərbaycan penitensiar sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi, cəza çəkənlərlə davranışda beynəlxalq standartlara riayət edilməsi, məhkumların gələcəkdə azad cəmiyyətə daha tez adaptasiya olunması baxımından səmərəli olacağına ümid bəslədiyini ifadə edib.

Qəbul zamanı layihə ətrafında geniş fikir mübadiləsi aparılıb.

Pilot layihənin əhatə etdiyi cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR