Lənkəranda zəncirvarı qəza baş verib, dörd avtomobilə ziyan dəyib

Lənkəranda zəncirvarı qəza baş verib, dörd avtomobilə ziyan dəyib
# 14 yanvar 2017 08:55 (UTC +04:00)

Lənkəranda zəncirvarı qəza baş verib, dörd avtomobilə ciddi ziyan dəyib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran sakini Elxan Nazim oğlu Sultanzadənin idarə etdiyi “Ford” markalı, 99 CT 836 dövlət nömrə nişanlı yük mikroavtobusu Lənkəranın Şəhidlər xiyabanı küçəsindən Ləvəngi dairəsinə doğru hərəkətdə olarkən idarəetməni itirərək dairədə dayanmış üç avtomobilə çırpılıb.

Nəticədə Lənkəran sakini Nüsrət Hidayət oğlu Xərciyevə məxsus “Mercedes”, Elxan Fətulla oğlu Rəhmanova məxsus “VAZ 2108” və Vasif Səməd oğlu Səmədova məxsus “Nissan” markalı minik avtomaşınları, habelə "Ford"a ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR