Robert Sekuta: “ABŞ və Azərbaycan arasında illərdir ki, hərbi sahədə əməkdaşlıq mövcuddur”

Robert Sekuta: “ABŞ və Azərbaycan arasında illərdir ki, hərbi sahədə əməkdaşlıq mövcuddur”
# 19 iyul 2015 09:23 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. “ABŞ və Azərbaycan arasında hərbi sahədə illərdir ki, əməkdaşlıq mövcuddur. Biz ölkələrimiz arasındakı hərbi sahədəki əməkdaşlığı alqışlayırıq”.

APA-nın verdiyi xəbərə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

“Azərbaycan sülhməramlı missiyalarda iştirak edir. Buna Əfqanıstan, İraq və Kosovodakı missiyaları nümunə göstərmək olar. Ölkələrimizin birgə hərbi fəaliyyəti Azərbaycan ordusunun NATO-da hərbi fəaliyyət qabiliyyətini yüksəldir. Bununla yanaşı, bir sıra qlobal məsələlərdə əməkdaşlığa dair biz birgə mühim töhvə verə bilərik”, - deyə səfir bildirib.

Diplomat dövlətlərarası münasibətlərin əsas məqamının iki dövlət arasında müxtəlif səviyyələrdə olan əməkdaşlıq və əlaqələrdən ibarət olduğunu bildirib: “Mütəmadi əlaqədə olmaq çox böyük önəm kəsb edir”.

ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın birgə hökumətlərarası komissiyanın yaradılması ilə bağlı bəyanatı şərh edən səfir Sekuta bu məsələnin reallaşması istiqamətində hazırda iş getdiyini bildirib: “Bu barədə danışıqlar gedir. Nuland özü Azərbaycanın yüksək səviyyəli dövlət nümayəndələri ilə əlaqədə olub. Bilirsiniz ki, bu kimi mühüm təşəbbüslər üçün hazırlıq lazımdır, bu məsələ inkişafdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR