Bakının “İnter” klubunun Avropa Liqasındakı oyunu ukraynalı hakimlərə həvalə olunub

Bakının “İnter” klubunun Avropa Liqasındakı oyunu ukraynalı hakimlərə həvalə olunub
# 16 iyul 2015 10:24 (UTC +04:00)

Bakı – APA. UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “İnter”in II təsnifat mərhələsində “Hafnarfyordur”la (İslandiya) cavab matçının hakimləri bəlli olub. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, “bankirlər”in gələn həftə Bakıda baş tutacaq qarşılaşmasını bu ölkə nümayəndələri idarə edəcəklər.

UEFA “İnter Arena”dakı görüşə baş hakim qismində Yaroslav Koziki göndərəcək. Ona həmyerliləri Semyon Şlonçak və İqor Alyoxin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sergey Boyko yerinə yetirəcək.

Qeyd edək ki, “İnter” – “Hafnarfyordur” oyunu iyulun 23-də Bakıda keçiriləcək. Komandalar arasında ilk qarşılaşma isə bu gün baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR