“Atrabank”ın kredit portfeli artıb

“Atrabank”ın kredit portfeli artıb
# 07 avqust 2015 14:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin II rübündə “Atrabank” ASC-nin kredit portfeli 55,296 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 35,27% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin iyulu ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 16,714 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrünə olan göstəriciyə nisbətən 21,65% çoxdur.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 13,02% artaraq 11,781 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 31,96% artaraq 23,342 mln. manat olub.

Bir il ərzində bankın məcmu kapitalı 2,37 dəfə 50,475 mln. manata çatıb, nizamnamə kapitalı isə 2,23 dəfə artaraq 45 mln. 612,80 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 24,50% artaraq 3,657 mln. manat, xərcləri isə 42,31% artaraq 4,109 mln. manata çatıb.

Bu ilin altı ayını bank 451,17 min manat zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 13 filialı, 18 bankomatı, 51 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR