Aralıq dənizində 500-dən çox miqrant xilas olunub

Aralıq dənizində 500-dən çox miqrant xilas olunub
# 05 mart 2017 20:30 (UTC +04:00)

Aralıq dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 503 miqrant xilas olunub.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, rezin qayıqlarda 358 kişi, 29 qadın və 116 uşaq olub.

Norveçə məxsus hərbi gəmi tərəfindən həyata keçirilən əməliyyat zamanı ağır xəstəlikdən əziyyət çəkən 16 yaşlı miqrant ölüb. İnsan alverində şübhəli bilinən 2 şəxs isə saxlanılaraq İtaliya sahil mühafizə xidmətinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR