Donald Trampı Vyetnamda 200 məxfi agent qoruyacaq

Donald Trampı Vyetnamda 200 məxfi agent qoruyacaq
# 23 fevral 2019 11:46 (UTC +04:00)

Prezident Donald Trampı Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla Vyetnamda keçiriləcək görüş zamanı ABŞ məxfi xidmətinin 200 əməkdaşı qoruyacaq.

ONA xəbər verir ki, bu haqda “VnExpress” qəzeti məlumat yayıb.

Məlumata əsasən, ABŞ prezidentinin mühafizəçiləri Vyetnama 4 təyyarə ilə gətiriləcək.

Qeyd edək ki, Donald Tramp və Kim Çen Inın görüşü fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR