Martda “Azərenerji” 2 mlrd. kilovat-saata yaxın elektrik enerjisi istehsal edib

Martda “Azərenerji” 2 mlrd. kilovat-saata yaxın elektrik enerjisi istehsal edib
# 02 aprel 2018 09:02 (UTC +04:00)

“Azərenerji” ASC tərəfindən 2018-ci ilin mart ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,954 milyard kilovat-saat olub.

“Azərenerji” ASC-dən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal edilən elektrik enerjisinin həcmi 10 kilovat-saat və ya 0,51% azalıb.

"Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. Eyni zamanda, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi - Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovasiyalı texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlanılıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bir sıra tədbirlər görülüb", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR