Rusiyada təqaüdçü qonşusunun əllərini və başını kəsib

Rusiyada təqaüdçü qonşusunun əllərini və başını kəsib
# 19 yanvar 2018 08:51 (UTC +04:00)

Rusiyanın Moskva vilayətində təqaüdçü birgə içki məclisinə qatıldığı qonşusunu öldürüb, sonra əllərini və başını kəsib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə idarəsinin nümayəndəsi Olqa Vradiy deyib. O bildirib ki, hadisə yanvarın 17-də baş verib: “Hər iki şəxs məclis quraraq birlikdə spirtli içki qəbul ediblər. Daha sonra aralarında münaqişə baş verib. Dava zamanı biri digərinə bıçaq zərbələri endirib, ardınca əllərini və başını kəsib”.

Təqsirləndirilən şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR