Miqrasiya orqanları işçilərinin aylıq vəzifə maaşına əlavə hesablanması qaydası dəyişib

Miqrasiya orqanları işçilərinin aylıq vəzifə maaşına əlavə hesablanması qaydası dəyişib
# 11 oktyabr 2017 23:40 (UTC +04:00)

Nazirlər Kabineti “Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, bu Qayda miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən İnzibati Xətalar Məcəlləyə əsasən tətbiq edilən cərimələrdən toplanılan və Dövlət Miqrasiya Xidmətinin xüsusi xəzinə hesabına keçirilən xüsusi vəsaitdən istifadə qaydasını müəyyən edir.

Xüsusi vəsaitdən miqrasiya orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunur. Xüsusi vəsait miqrasiya orqanları işçilərinin aylıq vəzifə maaşına əlavə olunmaqla ödənilir. Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayda həyata keçirilir. Aylıq vəzifə maaşına əlavənin ödənilməsi məqsədi ilə hər ay üçün tam əlavə hesablanır. İndiyə qədər əlavənin hesablanması üçün miqrasiya orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi həmin ayda miqrasiya orqanları işçilərinin faktiki sayına bölünüb. Dəyişikliyə əsasən bundan sonra əlavənin hesablanması üçün cərimələrdən toplanan vəsaitin 25 faizi deyil, 20 faizi həmin ayda miqrasiya orqanları işçilərinin faktiki sayına bölünəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR