Şahin Mustafayev Gürcüstanın baş naziri ilə görüşüb

Şahin Mustafayev Gürcüstanın baş naziri ilə görüşüb
# 07 mart 2018 07:55 (UTC +04:00)

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstana səfəri zamanı bu ölkənin baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə G. Kvirikaşvili Gürcüstan-Azərbaycan əlaqələrinin inkişaf etdiyini, ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Qeyd edilib ki, enerji və nəqliyyat sahələrində birgə irimiqyaslı layihələr həyata keçirilir və bu layihələr iştirakçı ölkələrə böyük fayda gətirir.

Azərbaycanın iqtisadiyyat naziri qonşu Gürcüstanla əməkdaşlığın inkişafını qeyd edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Ölkələrimizin iqtisadi-ticarət, investisiya, turizm, sosial və s. sahələrdə əməkdaşlığını qeyd edən Ş. Mustafayev nəqliyyat-tranzit və yükdaşımalar sahəsində əlaqələrin genişləndiyini, Azərbaycanda yaradılmış əlverişli infrastrukturun yük daşımalarının daha da artırılmasına, nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafına geniş imkanlar yaratdığını vurğulayıb. Bu sahədə Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini vurğulayan nazir Şahin Mustafayev layihənin yükdaşıma sahəsi ilə yanaşı, sərnişindaşıma və turizmin inkişafında da əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının, nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR