Tovuzda ərzaq mağazasında yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyininin saytına istinadən məlumatına görə, rayonun Əyyublu kəndində ümumi sahəsi 50 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 m² olan köməkçi tikilinin dam örtüyü 80 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.