ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin prezidentlik müddəti bitməmiş başa çata biləcəyini bildirib.
APA xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
"Düşünürəm ki, bu münaqişə mənim prezidentlik müddətim başa çatana qədər bitə bilər. Hesab edirəm ki, o (Vladimir Putin) razılaşma əldə etməyə hazırdır. Və bu, yaxın zamanda baş verəcək", – ABŞ lideri bildirib.
Qeyd edək ki, Trampın prezidentlik müddəti 2029-cu ildə başa çatacaq.