Deputat Novruz Aslanov İsmayıllıda növbəti qəbul keçirib

Deputat Novruz Aslanov İsmayıllıda növbəti qəbul keçirib
# 18 noyabr 2016 09:31 (UTC +04:00)

Milli Məclisin deputatı Novruz Aslanov noyabrın 17-də seçicilərini qəbul etmək məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, qəbul deputatın İsmayıllı şəhərində yerləşən qərargahında həyata keçirilib. Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən şəxsi məişət problemləri və digər məsələlərdən ibarət olub. Bəzi məsələlər yerindəcə həll edilib, digərləri ilə bağlı deputat əlaqədar qurumlara müraciətlərin ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR