Azərbaycan Gürcüstanda enerji səmərəliliyi üzrə beynəlxalq təcrübəni öyrənir

Azərbaycan Gürcüstanda enerji səmərəliliyi üzrə beynəlxalq təcrübəni öyrənir
# 16 oktyabr 2017 12:44 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə enerji səmərəliliyi üzrə beynəlxalq tədris proqramının rəsmi açılışı olub.

APA-nın yerli bürosunun məlumatına əsasən, proqram Beynəlxalq Enerji Agentliyi, Gürcüstanın Energetika Nazirliyi və Aİ-nin "EU4Energy" proqramı tərəfindən təşkil olunub.

Gürcüstanın energetika naziri Giorgi Çikovaninin sözlərinə görə, proqram çərçivəsində beynəlxalq səviyyəli mütəxəssislər iştirakçılarla təcrübələrini bölüşəcəklər: "İqtisadiyyat inkişaf etdikcə, enerji ilə təminatda yeni problemlər yaranır. Enerji səmərəliliyi üzrə beynəlxalq səviyyəli tədris proqramı əvvəllər Fransada keçirilib. Bu cür tədbir ilk dəfədir ki, Gürcüstanda baş tutur".

Tədris proqramının məqsədi gənc mütəxəssislər və enerji səmərəliliyi məsələləri ilə məşğul olan maraqlı tərəflərin ixtisaslarının artırılmasıdır. Proqramda Gürcüstanla yanaşı Azərbaycan, Ukrayna, Moldova, Belarus, Ermənistan, Qazaxıstan və digər ölkələrdən nümayəndələr iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR