Yaponiyada güclü qasırğa nəticəsində 24 nəfər xəsarət alıb

Yaponiyada güclü qasırğa nəticəsində 24 nəfər xəsarət alıb
# 29 iyul 2018 23:31 (UTC +04:00)

Yaponiyanın səkkiz prefekturasında güclü qasırğa nəticəsində azı 24 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə “Kyodo” agentliyi xəbər verib.

Məlumata əsasən, qasırğa bir müddət əvvəl daşqın və torpaq sürüşməsi baş verən ərazilərə çatıb. Minlərlə insan təxliyə edilib, on minlərlə ev elektrik enerjisiz qalıb.

Qeyd edək ki, iyul ayında Yaponiyada baş verən torpaq sürüşməsi və daşqınlar zamanı 219 nəfər ölüb, 11 nəfər isə itkin düşmüş hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR