Çinin Hubey əyalətində yeni növ koronavirus infeksiyasının yayılması nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb.
APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Komitəsi məlumat yayıb.
Bildirilir ki, son bir sutka ərzində əyalətdə ölüm faktı 37 nəfər artıb, bu virusa yoluxanların sayı isə min nəfərdən çox artmaqla 4,5 min nəfərə çatıb.