Bərdədə ahıl kişi intihar edib

Bərdədə ahıl kişi intihar edib
# 13 oktyabr 2016 08:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bərdədə intihar hadisəsi baş verib.

Bərdə rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb. Kənd sakini, 88 yaşlı Eyvaz Cəbiyev özünü yaşadığı evdə asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR