Yunker: “Trampın prezident seçilməsi Avropa İttifaqı-ABŞ münasibətlərini təhlükə altına qoya bilər”

Yunker: “Trampın prezident seçilməsi Avropa İttifaqı-ABŞ münasibətlərini təhlükə altına qoya bilər”
# 11 noyabr 2016 20:33 (UTC +04:00)

Donald Trampın prezident seçilməsi Avropa İttifaqı-ABŞ münasibətlərini təhlükə altına qoya bilər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib.

“Trampın seçilməsi Avropa İttifaqı-ABŞ münasibətlərinin inkişafında problem yarada bilər. Düşünürəm ki, Avropa İttifaqı ABŞ-ın yeni prezidentinə vahid Avropanın nə olduğu və necə işlədiyini anlatmalıdır”, Lüksemburqda konfransda çıxış edən Yunker bildirib.

Avropa Komissiyasının sədri həmçinin qeyd edib ki, Donald Trampın NATO təhlükəsizliyi siyasətinə dair bəyanatları ciddi fəsadlar yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR