Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyə hazırlaşır

Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyə hazırlaşır
# 27 yanvar 2017 12:39 (UTC +04:00)

Donald Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaların ləğvi üçün lazım olan sənədləri hazırlayıb.

APA-nın məlumatına görə, bunu “Atlantic Council” analitik mərkəzinin elmi işçisi Fabris Potye özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, Tramp artıq müvafiq əmr hazırlayır. F. Potye Moskva, Berlin və Vaşinqton arasında danışıqların sabah keçiriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR