Samux sakini Kürdə boğulub

Samux sakini Kürdə boğulub
# 13 avqust 2017 18:10 (UTC +04:00)

Samux sakini Kürdə boğulub.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Kür çayının Samux rayonunun Qırmızı Samux kəndindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 1998-cü il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlu Kür çayında çimən zaman boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti meyitin axtarışını aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR