Türkmənistanda beynəlxalq avtoralli təşkil olunacaq

Türkmənistanda beynəlxalq avtoralli təşkil olunacaq
# 19 iyul 2018 10:04 (UTC +04:00)

Türkmənistanın Azərbaycandakı səfirliyində ölkədə təşkil ediləcək "Amul-Xəzər 2018" beynəlxalq avtoyarışına həsr olunmuş brifinq keçirilib.


APA-nın xəbərinə görə, Türkmənistan səfiri Mekan İşanquliyev beynəlxalq avtoralliyə hazırlıq işləri barədə məlumat verib. O bildirib ki, Türkmənistan beynəlxalq tranzit-nəqliyyat dəhlizlərində aktiv iştirakın və multimodal marşrutların yaradılmasının tərəfdarı kimi çıxış edir.

Səfir qeyd edib ki, 11-15 sentyabr tarixlərində keçiriləcək avtoyarışlarda Azərbaycanın da iştirakı üçün Azərbaycan Beynəlxalq Avtomobil Federasiyası ilə danışıqlar aparılır: “Avqust ayında Heydər Əliyev Mərkəzində Federasiya ilə birgə yarışların təqdimatı keçiriləcək. Yarış zamanı maşınlar Qaraqum səhrasından start götürərək “Avaz” milli turist zonasında finiş edəcəklər. Yarış iştirakçıları 1500 km məsafəni qət etməlidir”.

Diplomat əlavə edib ki, Türkmənistan hazırda öz coğrafiyasına görə regionun ən vacib nəqliyyat və beynəlxalq logistika mərkəzinə çevrilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR