Putin: "Hökumətdə bütün dəyişikliklər andiçmədən sonra elan ediləcək"

Putin: "Hökumətdə bütün dəyişikliklər andiçmədən sonra elan ediləcək"
# 18 mart 2018 21:47 (UTC +04:00)

"Andiçmədən sonra hökumətdə dəyişiklik edilib-edilməməsi haqqında qərar verəcəm". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin hökumətdə dəyişiklik edib-etməməsi ilə bağlı suala cavabında bildirib.

Özünün seçki qərargahında jurnalistlər önünə çıxan Vladimir Putin bır sıra suallara cavab verib. O, hələlik yeni konstitusiya islahatları keçirməyəcəyini söyləyib: "O ki, qaldı hökumətin rəhbəri məsələsinə, deyə bilərəm ki, ümumilikdə hökumət barədə qərar andiçmədən sonra veriləcək. Hələlik, seçkilərin nəticələrini gözləmək lazımdır. Bütün dəyişikliklər andiçmədən sonra elan ediləcək"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR