Uşaqlar arasında ağciyər xəstəliklərinə, pnevmoniyaya daha çox rast gəlinir

Uşaqlar arasında ağciyər xəstəliklərinə, pnevmoniyaya daha çox rast gəlinir
# 02 noyabr 2016 14:06 (UTC +04:00)

Azərbaycanda havaların kəskin dəyişməsi uşaqlar arasında kəskin respirator tipli xəstəliklərin geniş yayılmasına səbəb olur.

APA-nın xəbərinə görə, Ə. F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev bildirib ki, bu xəstəliklərin müalicəsi vaxtında aparılmazsa, bronxit, pnevmoniya ilə nəticələnər. Ümumi statistikada uşaqlar arasında ağciyər xəstəlikləri, pnevmoniyanın daha çox üstünlük təşkil etdiyini deyən A.Xudiyev qeyd edib ki, orqanizmin sağlamlaşdırılması, immunitetin artırılması üçün ümumi kollektivlərdə xəstə uşaqların olmaması, qoruyucu maskalardan istifadə edilməsi zəruridir: “Uşaqlar arasında infeksion profilli xəstəliklərdən mədə-bağırsaq infeksiyaları üstünlük təşkil edir. Qabaqlayıcı tədbirləri vaxtında görmək, gigiyena qaydalarına riayət etməklə mədə-bağırsaq xəstəliklərinin qarşısını almaq olar. Bundan əlavə, xəstəliklərin ağırlaşmasının qarşısını almaq üçün ilk növbədə ərazi poliklinikasına və sahə pediatrına müraciət edilməlidir. Kimyəvi tərkibli dərman preparatlarına üstünlük verilməsi məsləhət deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR