Goranboyda avtomobil yeniyetməni vuraraq öldürüb

Goranboyda avtomobil yeniyetməni vuraraq öldürüb
# 25 oktyabr 2017 20:09 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini 2001-ci il təvəllüdlü Babayev Rəşad Eldəniz oğlu yolu keçən zaman “Mercedes” markalı avtomobil onu vurub. 16 yaşlı yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR