Ukrayna XİN başçısı: "GUAM-da renessans hiss olunur"

Ukrayna XİN başçısı: "GUAM-da renessans hiss olunur"
# 03 oktyabr 2017 16:48 (UTC +04:00)

"GUAM çətin və uğurlu dövr keçirir. İndi real renessans hiss olunur. Ayın 8-də Tbilisidə görüş keçiriləcək. Orada təşkilatın perspektivləri müzakirə edəcək".

APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib. O bildirib ki, nəqliyyat nazirlərinin görüşü və bir sıra məsələrin müzakirəsi planlaşdırılır: "Bunlar ciddi məsələlərdir. Üzv ölkələr ortaq çağırışlarla üz üzədir. Bizim nəqliyyat mərkəzinə çevrilmək şansımız var. Nyu Yorkda GUAM xarici işlər nazirlərinin Yaponiya xarici işlər naziri ilə görüşü oldu. Artıq təşkilata yeni dinamika gəlir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR