Göyçayda iri gövdəli ağac aşıb, yol bağlanıb - FOTO

Göyçayda iri gövdəli ağac aşıb, yol bağlanıb - FOTO
# 13 mart 2019 10:11 (UTC +04:00)

Göyçayda iri gövdəli ağac avtomobil yoluna aşıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında şəhərin Atatürk və Rauf İsayev küçələrinin kəsişməsində qeydə alınıb. İri gövdəli çinar ağacının avtomobil yoluna aşması nəticəsində nəqliyyatın hərəkətində problem yaranıb.

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR