Bakıda qardaş bacısını bıçaqlayıb

Bakıda qardaş bacısını bıçaqlayıb
# 11 mart 2019 12:42 (UTC +04:00)

Bakıda bacısına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, martın 9-da Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş C.Əzimov evində münaqişə zəminində bacısına bıçaqla xəsarət yetirib. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

38-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əzimov saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR