MBNP faiz dərəcələri ilə bağlı mikromaliyyə institutlarını dialoqa çağırıb

MBNP faiz dərəcələri ilə bağlı mikromaliyyə institutlarını dialoqa çağırıb
# 06 oktyabr 2017 09:50 (UTC +04:00)

"Bank sektorunun üzləşdiyi problemlərlə bağlı müxtəlif təşkilatlardan Maliyyə Bazarlarına Nəzarət Palatasına bir neçə dəfə müraciət daxil olub".

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" mövzusunda keçirilən beşinci investorlar yarmarkasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktorun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov deyib.

Onun sözlərinə görə, bu müraciətlər əsasən faiz dərəcələri üzrə komisyon haqlarının müəyyən edilməsi ilə bağlıdır: "Azərbaycan Mikromaliyyə Assosiasiyasının nümayəndələri, mikromaliyyə institutları ilə ortaq konsensusun müəyyən olunması üçün danışıqlara hazırıq. Biz sizi gözləyirik. Bizim qərarımız sizinlə bərabər veriləcək. Biz Azərbaycan Banklar Assosiasiyası ilə bağlı bu praktikanı uzun müddətdir ki, tətbiq edirik. Bütün məsələlər onlarla aktiv şəkildə müzakirə olunur. Ona görə də mikromaliyyə institutlarını dialoqa və müzakirələrə aktiv qoşulmağı xahiş edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR