Gəncədə yük maşını piyadanı vuraraq öldürüb

Gəncədə yük maşını piyadanı vuraraq öldürüb
# 18 may 2018 18:51 (UTC +04:00)

Gəncədə avtomobil piyadanı vurub öldürüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

“Ford” markalı yük avtomobili arxaya hərəkət edən zaman Göygöl rayon Mollacəlilli kənd sakini, 1961-ci il təvəllüdlü Nüşabə Hüseynovanı vurub.

Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR