Bakıda mənzildən qadın meyiti tapılıb

Bakıda mənzildən qadın meyiti tapılıb
# 16 noyabr 2017 00:49 (UTC +04:00)

Bakıda mənzildən meyit tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1971-ci il təvəllüdlü Zeynalova Sevinc Raqif qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR