Bakı Asiya Universiteti fəaliyyətini dayandırıb - VİDEO

Bakı Asiya Universiteti fəaliyyətini dayandırıb - <span style="color: red;">VİDEO
# 08 sentyabr 2015 10:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hal-hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən Universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.

Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR