Biləsuvarda keçmiş məhkumun avtomobilindən 2 kq yaxın narkotik aşkarlanıb

Biləsuvarda keçmiş məhkumun avtomobilindən 2 kq yaxın narkotik aşkarlanıb
# 02 yanvar 2020 12:13 (UTC +04:00)

Biləsuvar rayonunda narkotik alverçiləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M. Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 1 kiloqram 226,09 qram heroin və 739,914 qram metamfetamin aşkar edilərək götürülüb.

M. Məmmədov və sərnişinləri olan əvvəllər məhkum olunmuşlar Sabirabad rayon sakini A. Paşayev və Ağcabədi rayon sakini M. Qasımov saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR