60-dan çox səhiyyə işçisi sertifikasiya imtahanından keçə bilməyib

60-dan çox səhiyyə işçisi sertifikasiya imtahanından keçə bilməyib
# 14 oktyabr 2016 09:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Səhiyyə Nazirliyinin 6, 10, 11 oktyabr tarixində keçirilmiş sertifikasiya imtahanının nəticələri açıqlanıb. APA-nın xəbərinə görə, imtahanda ümumilikdə 423 səhiyyə işçisi (tibb bacısı, feldşer, sanitar-feldşer, diş tekniki) iştirak edib. Onlardan 63-ü imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR