Yeni evləndiyi qadını döyüb öldürən keçmiş məhkumun məhkəməsi başlayır

Yeni evləndiyi qadını döyüb öldürən keçmiş məhkumun məhkəməsi başlayır
# 24 fevral 2019 10:56 (UTC +04:00)

Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməkdə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın vaxtlarda məlum olacaq.

Qeyd edək ki, ötən il Şamaxı rayonunun Meysəri kəndində 1986-cı il təvəllüdlü Zöhrə Əlqəməyeva yeni ailə qurduğu həyat yoldaşı Şirzad Əsədov tərəfindən döyülüb.

O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb. Məlum olub ki, Ş. Əsədov əvvəllər də məhkumluq həyatı yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR