Bank Of Baku

Şəmkirdəki ağır qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB - FOTO - VİDEO - YENİLƏNİB

Şəmkirdəki ağır qəzada ölənlərin adları məlum olub  - YENİLƏNİB  - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 15 avqust 2021 22:48 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

18:55

 

Xəbərə fotolar əlavə edilib.

15:18

Şəmkirdə baş verən qəzada ölənlərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə iki avtomobilin toqquşması nəticəsində 1938-ci il təvəllüdlü İsgəndərova Gilas Bayram qızı və 1961-ci il təvəllüdlü Nağıyeva Familə Bəhram qızıdır.

Hələlik  yaralıların adları məlum deyil. Yaralıların vəziyyətinin ağır olduğun görə onlar  Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılır.

Faktla bağlı araşdırma aparılır.

 

***

 

 

14:27

 

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yasamal aşırımında qeydə alınıb.

Hərəkədə olan “İnfinity” və “Ford” markalı maşınlar toqquşub. Qəza zamanı 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ölənlərin kimlikləri dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR