“Texnikabank” və “Yunayted Kredit Bank”a məxsus qeyri-yaşayış sahələri hərraca çıxarılacaq

“Texnikabank” və “Yunayted Kredit Bank”a məxsus qeyri-yaşayış sahələri hərraca çıxarılacaq
# 11 yanvar 2018 08:09 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan “Texnikabank” ASC-yə məxsus iki, “Yunayted Kredit Bank” ASC-yə məxsus bir qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı hərrac keçirir.

APA-Economics” xəbər verir ki, auksionda iştirak üçün ərizələrin qəbulu yanvar 11-dən fevralın 11-dək həyata keçiriləcək. Hərrac isə fevralın 13-də baş tutacaq.

Qeyd edək ki, “Texnikabank”a məxsus ofis sahələri üçün icarə haqqının start məbləği ƏDV daxil olmaqla 1250 və 1650 manat, “Yunayted Kredit Bank”a məxsus ticarət obyekti üçün 4950 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR