Qəbələdə İspaniyanın “Barselona və Flamenko” Ansamblının konserti olub - FOTOSESSİYA - VİDEO

Qəbələdə İspaniyanın “Barselona və Flamenko” Ansamblının  konserti olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 27 iyul 2015 23:23 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ VII Beynəlxalq Musiqi Festivalının proqramına uyğun olaraq iyulun 27-də Heydər Əliyev adına Konqress Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnədə İspaniyanın “Barselona və Flamenko” Ansamblının konserti olub.

APA-nın yerli bürosunun xəbərinə görə, tanınmış xoreoqraf Rafael Amarqonun rəhbərliyi ilə yaradılan ansambl tamaşaçılar qarşısında flamenko sənətini və teatr tamaşalarını təqdim edib. On ildən çoxdur ki, fəaliyyət göstərən ansambl konsert iştirakçılarına “Opera və Flamenko” və “Qran Qala Flamenko” tamaşalarını təqdim edib.

Qeyd edək ki, bu ansamblın tamaşaları Barselonada ən çox baxılan tamaşalardı. “Barselona və Flamenko”nun kollektivi hər il Avropa və Şimali Amerikada çıxışlar edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR