Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 İyun

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 İyun
# 25 iyun 2015 17:15 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Ermənipərəst mətbuat ölkəni bürüyən aksiyalarda Qərbin barmağının olduğu tezisini israrla tirajlayır. “Qərb barmağı”nı gözə soxanların əsas arqumentləri odur ki, aksiyada gənclər üstünlük təşkil edir, təşkilatlanma sosial şəbəkələr vasitəsilə həyata keçirilib, nümayişlərdə Avropa İttifaqı və Ukrayna bayraqları qaldırılır. Sərkisyanın nəzarətində olan mətbuatın bu mesajı kimə ünvanlanıb? Enerji tariflərinin artırılmasına etiraz edərək küçələrə çıxan on minlərlə insana, Sərkisyan tərəfdarlarına, yoxsa... Mesaj əslində patrona, yəni Rusiyaya ünvanlanıb. Ermənistan enerji baxımından Rusiyadan asılıdır, tariflərin bahalaşması da Rusiya şirkətinin təzyiqi ilə gerçəkləşdirilib. Sərkisyanın təbliğat maşını Qərbi işə qatmaqla Rusiyadan imdad diləyir, “proseslər Maydana aparır” deyərək dolayı yolla Kremldən tariflərin aşağı salınmasını xahiş edir. Burada iki məqam diqqət çəkir. Birincisi, Sərkisyanın Rusiyadan enerji tariflərini aşağı salmağı birbaşa xahiş etmək gücü yoxdur, ikincisi, Ermənistan prezidenti anlayır ki, aksiyalara ənənəvi üsullarla müdaxilə xaosu idarəolunmaz həddə çatdıra bilər. Rəsmi İrəvanın aksiya iştirakçılarını ciddi-cəhdlə danışıqlara çağırması, rəsmi mətbuatın isə “İrəvanda Qərb barmağı” tezisini sürətlə tirajlaması bundan irəli gəlir. Bu, hələ başlanğıcdır, Ermənistanda maraqlı proseslər baş verəcək, izləməkdə davam edək...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR