Penitensiar xidmətdə altı ayın yekunlarına həsr olunmuş müşavirə keçirilib

Penitensiar xidmətdə altı ayın yekunlarına həsr olunmuş müşavirə keçirilib
# 29 iyul 2015 15:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2015-ci ilin birinci yarım ili ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müşavirədə Penitensiar xidmətin rəhbərliyi, toplantıda tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev bu il fevral ayında ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə keçirilmiş Penitensiar xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına həsr olunan geniş müşavirədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə tədbirlərin davam etdirildiyini vurğulayıb. O bildirib ki, penitensiar sistemin təkmilləşdirilməsi, o cümlədən yeni müasir penitensiar müəssisə və komplekslərin inşası, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin artırılması üzrə tədbirlər gücləndirilib.

Penitensiar xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi, ədliyyə polkovniki Musa Hümbətov isə 2015-ci ilin ilk altı ayı ərzindəki fəaliyyət barədə hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, hesabat dövrü ərzində əməliyyat-axtarış tədbirləri nəticəsində 231 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilən və uzun müddət bağlı qalan bir sıra cinayətlərin üstü açılıb, habelə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısının alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR