Sumqayıtda iki nəfər dənizdə batıb - YENİLƏNİB - VİDEO

Sumqayıtda iki nəfər dənizdə batıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 30 iyul 2015 09:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi Sumqayıtda iki nəfərin dənizdə batması faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 29-da Sumqayıt dəniz çimərliyində Cəlilabad rayon sakini Qüdrət Muradov dənizdə çimən tanışları Beyləqan rayon sakinləri Nuranə Musayevanı və bacısı Gülbənizi xilas etməyə cəhd göstərib. Nəticədə N. Musayeva və Q. Muradov boğulub, xilas edilmiş Gülbəniz isə xəstəxanaya yerləşdirilib.

***

saat 10.21

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Sumqayıt şəhərində iki nəfər dənizdə batıb.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı çimərliyində qeydə alınıb. 1960-cı il təvəllüdlü Qüdrət Muradov və 1997-ci il təvəllüdlü Nuranə Musayeva dənizdə çimərkən boğularaq ölüblər.

Hər iki ölüm faktı ilə bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR