Peşə təhsili alanlar təcrübə keçəcək təşkilatlara vergi güzəştləri tətbiq olunacaq

Peşə təhsili alanlar təcrübə keçəcək təşkilatlara vergi güzəştləri tətbiq olunacaq
# 15 noyabr 2017 13:19 (UTC +04:00)

Azərbaycanda peşə təhsili alanlarının təcrübə keçmələri üçün seçilmiş müəssisə, fermer təsərrüfatı və digər təşkilatlara vergi güzəşti tətbiq ediləcək, aşağı faizli kreditlər ayrılacaq.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsində müddəalar əks olunub.

Layihəyə görə, peşə təhsili müəssisələri təhsil alanların təcrübə keçmələri üçün xüsusi meyarlar əsasında seçilmiş idarə, müəssisə, fermer təsərrüfatı və təşkilatlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən imtiyazlar (vergi güzəştləri, aşağı faizli kreditlər, yeni texnika və texnologiyaların əldə olunması və sair) veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR