"Europe1": Parisdə insanlara bıçaqla hücum edən şəxs Çeçenistan əsillidir

"Europe1": Parisdə insanlara bıçaqla hücum edən şəxs Çeçenistan əsillidir
# 13 may 2018 07:41 (UTC +04:00)

Dünən axşam Parisdə bıçaqla insanlara hücum çəkən şəxs Çeçenistan əsilli 20 yaşlı gənc olub.

APA-nın məlumatına görə, bu barədə "Europe1" radiosu polisdəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, mayın 12-də axşam saatlarında Parisin 2-ci dairəsində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib. İnsident nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Həmin şəxs polis tərəfindən zərərsizləşdirilib.

İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR