Bakıda İsveçrənin milli bayramı qeyd edilib

Bakıda İsveçrənin milli bayramı qeyd edilib
# 31 iyul 2015 17:19 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Aqşin Mehdiyev, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper, Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel, eləcə də digər ölkələrin səfirləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan İsveçrənin Azərbaycandakı səfiri Paskal Obişer azadlıq və müstəqillik əzminin İsveçrə və Azərbaycan xalqlarının oxşar xüsusiyyəti olduğunu deyib: “Azərbaycan 24 il əvvəl müstəqillik əldə etdikdən sonra həm öz iqtisadiyyatını inkişaf etdirmiş, həm də öz mənsubiyyətini müəyyən etmişdir. Bunun bariz nümunəsini I Avropa Oyunlarında qələbə qazanan, ölkə himninin sədaları və bütün tamaşaçıların alqışları altında fəxri kürsüdə yer alan Azərbaycan idmançılarının simasında seyr etdim”.

İsveçrə və Azərbaycan arasındakı siyasi və iqtisadi əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayan səfir qeyd edib ki, müvəqqəti mübahisələr iki ölkə arasında fundamental etibarı sarsıda bilməz.

Azərbaycan hökuməti və Azərbaycan xalqı adından İsveçrə dövlətini və xalqını Milli bayram münasibətilə təbrik edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Aqşin Mehdiyev Azərbaycan və İsveçrə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR