Türkiyə baş nazirinin müavini Avropa ölkələrini Türkiyə ilə əməkdaşlığı gücləndirməyə çağırıb

Türkiyə baş nazirinin müavini Avropa ölkələrini Türkiyə ilə əməkdaşlığı gücləndirməyə çağırıb
# 05 aprel 2017 10:29 (UTC +04:00)

Türkiyə baş nazirinin iqtisadiyyata cavabdeh müavini Mehmet Şimşək Avropa ölkələrini ikili standartlara son qoyaraq Türkiyə ilə münasibətləri qarşılıqlı mənafelər əsasında inkişaf etdirməyə çağırıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, İstanbulda keçirilən Avrasiya İqtisadiyyat Zirvəsindəki çıxışında dünyada davam edən iqtisadi problemlərdən danışan M. Şimşək yaşanan şoklara baxmayaraq, Türkiyə iqtisadiyyatının müqavimətini qoruduğunu vurğulayıb.

15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişi təşəbbüsünü xatırladan baş nazirin müavini ABŞ-da yaşayan “imam” ləqəbli terror təşkilatı başçısının Türkiyəyə qaytarılmasının lüzumundan bəhs edib. O, Avrasiya İqtisadi Zirvəsində iştirak edən liderlərə müraciət edərək onları FETÖ-nün tədris müəssisələrinə öz ölkələrində yer verməməyə çağırıb.

M. Şimşək beynəlxalq terrorizmə qarşı mübarizədə Türkiyənin bütün ölkələrlə var gücü ilə əməkdaşlıq etdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR